"Neftçi" yeni transferinin müqavilə müddətini açıqladı

17:00 15 Fevral 2019

Xəbər verdiyimiz kimi, "Neftçi” növbəti transferini həyata keçirib. Paytaxt klubu moldovalı futbolçu Petru Raku ilə müqavilə bağlayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Rakuyla mövsümün sonunadək sözləşmə imzalanıb. 31 yaşlı müdafiəçi 4 nömrəli formanı geyinəcək.

 

Sonuncu klubu "Şerif” (2017-2018) olan Raku Moldovanın "Zimbru” (2005-2007), "Veris” (2013-2014), "Milsami” (2015-2017), İsveçin "Norrçöpinq” (2007-2011), Finlandiyanın "MüPa-47” (2008) və Danimarkanın "Hyörrinq” (2012) klublarında da çıxış edib. O, Moldova milli komandasının heyətində 47 oyun keçirib, 1 qol vurub.


Xəbər xətti