Argentina, Çili, Paraqvay və Uruqvay DÇ-yə şərik oldu

17:15 15 Fevral 2019

Çili prezidenti Sebastyan Piyenra Argentina, Çili, Paraqvay və Uruqvayın 2030-cu ildə futbol üzrə dünya çempionatını keçirmək üçün ortaq ərizə ilə müraciət edəcəklərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə "Twitter"də yazıb.

 

"Bir neçə ay əvvəl mən Argentina, Uruqvay və Paraqvay prezidentlərinə Çilini ərizəyə daxil etməyi və onu 2030-cu il üçün birgə təqdim etmək fikrini irəli sürdüm. Təklif qəbul olundu", - deyə o bildirib.
 

Çili prezidenti milli futbol federasiyalarının qərar qəbul etməzdən əvvəl CONMEBOL ilə məsləhətləşdirklərini bildirib. Ölkələr DÇ-nin keçirilməsi ilə ilk dünya çempionatının 100 illiyini qeyd etmək istəyirlər. Xatırladaq ki, bu, 2030-cu ildə Uruqvayda baş vermişdi.
 

2026-cı ildən Dünya Kubokunda iştirak edənlərin sayı 48-ə çatacaq. Yeni formatda ilk Dünya Kuboku ABŞ-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti