"Sabah" "Səbail"lə oyuna itkilərlə çıxacaq

17:55 15 Fevral 2019

Topaz Premyer Liqanın XVII turunda "Səbail"lə üz-üzə gələcək "Sabah" meydana iki itki ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Elşad Əhmədov Marko Deviç və Elşən Abdullayevin xidmətindən yararlana bilməyəcək. Deviç XVI turda "Qəbələ" ilə oyunda qırmızı vərəqə alıb, Elşən Abdullayev iisə həmin görüşdə zədələnib.

 

Qeyd edək ki, "Səbail" - "Sabah" oyunu saat 15:00-da başlayacaq.


Xəbər xətti