Elxan Məmmədovun Şəkidə oteli var? - SON DURUM

01:32 16 Fevral 2019

Elxan Məmmədov bunu heç vaxt boynuna almayacaq. Amma fakt odur ki, Azərbaycan futbolunda ən çox nifrə edilən şəxslərin başında gedir. AFFA-da baş katib postunu tutduğu 11 ildə Azərbaycan futboluna heç bir ciddi faydası toxunmayıb. Həyata keçirmək istədiyi bütün layihələr iflasa uğrayıb. Amma hələ də postunda oturub və tamamilə nəzarətə götürdüyü Azərbaycan futbolunu məhvə sürükləməkdə davam edir.

 

Sportarena.az xəbər verir ki, rekord.az-a baş katiblə bağlı çox maraqlı məlumat daxil olub.

 

Özü də hardan olsa yaxşıdır? Gülüş diyarı Şəkidən. Sual oluna bilər ki, Elxan Məmmədov hara, Şəki hara, cavab olaraq deyək ki, baş katibin əsli Şəkidəndir. İndinin özündə də bu rayonla sıx əlaqələri var. Futbol baxımından doğma rayonu üçün heç bir iş görməsə də şəxsi qazancı üçün oranın imkanlarından yararlanır. Elə daxil olan məlumat da bununla bağlıdır. Verilən məlumata görə, baş katibin Şəkidə oteli var. Həmin otelin də baş administratoru kim olsa yaxşıdır? Futbol hakimi  Rəşadət Cəfərov. Hansı ki, son zamanlara kimi aşağı liqa oyunlarına təyinat alırdı. Deyilənə görə, bu qış Mingəçevir toplanışı zamanı yeni sədr Ştuxliklə problem yaşayıb və cəzalandırılaraq hakimlikdən uzaqlaşdırılıb. Ötürülən məlumata görə, hakimlər arasında "Elxanın adamı" kimi tanınır. Yəqin bu səbəbdəndir ki, baş katib Şəkidəki otelinn əsas idarəçiliyini ona tapşırıb.


Digər xəbərlər

Xəbər xətti