"Neftçi"nin mühafizəçisindən Rəşad Sadiqova hörmətsizlik - "Buranı bazara çevirib"

12:21 16 Fevral 2019

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş “Neftçi” - “Keşlə” oyununda qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”ın sabiq futbolçusu, hazırda “Keşlə”də məşqçi kimi çalışan Rəşad Sadiqov “Bakcell Arena”da baş tutan görüş zamanı VİP sektorda “Neftçi”nin mühafizəçiləri ilə mübahisə edib.

 

Mübahisə mühafizəçilərdən birinin Sadiqov haqqında "Rəşad da buranı bazara çevirib" deməsinə görə başlayıb. Belə ki, Sadiqov bunu eşidib və öz etirazını bildirib. O, “mən bu kluba görə illərlə canımı qoymuşam. Bu nə hörmətsizlikdir”, deyə narazılığını çatdırıb.

 

Vəziyyətin gərginləşdiyini görən “Neftçi” rəsmilərindən Elnur Eyvazov məsələyə qarışıb. Məhz onun müdaxiləsindən sonra tərəflər arasındakı söz atışması başa çatıb. (sportlife.az)


Digər xəbərlər

Xəbər xətti