Olimpiya çempionu Putini tatamidə zədələdi - FOTOLAR

12:50 16 Fevral 2019

Rusiya prezidenti Vladimir Putin cüdo məşqi zamanı barmağını zədələyib. 

 

Sportarena.az xəbər verir ki, Putin Soçidə Suriya məsələsi ilə bağlı keçirilən sammitdən sonra idmançılarla görüşüb.O, güləşçilər, boksçular və cüdoçularla söhbət edib. Bundan sonra Rusiya prezidenti özü də kimono geyinərək cüdoçularla məşq edib.

 

O, olimpiya çempionu Beslan Mudranovla məşq edərkən, barmağını zədələyib. Putinə ilkin tibbi yardım göstərildikdən sonra o, məşqi davam etdirib.



Digər xəbərlər

Xəbər xətti