"Neymarın qayıdışı mümkün deyil" - AÇIQLAMA

13:30 16 Fevral 2019

PSJ-nin futbolçusu Neymarın “Barselona”ya dönüşü baş tutmayacaq. 

 

Sportarena.az xəbər verir ki, bu barədə “Barselona”nın prezidenti Xosep Mariya Bartomeu məlumat verib.O bildirib ki, başqa yolu seçiblər və plan üzrə hərəkət edəcəklər: “Mən Neymarla görüşmüşəm, onunla bir neçə dəfə söhbət də etmişəm.

 

Ancaq nə o, nə də onun ətrafında olanlar Neymarın qayıtmaq istədiyi ilə bağlı mənə heç nə deməyiblər. Onun PSJ ilə müqaviləsi var. Orda ikinci mövsümünü keçirir. PSJ-nin də onu satmaq istədiyinə inanmıram. “Barselona” başqa yol seçib - Dembele, Koutino. Bizim bundan sonrakı planımız onlarla yola davam etməkdir”. 


Digər xəbərlər

Xəbər xətti