Niyə yaşayırsan, heç bu gözəl də səni bəyənmir - FOTOLAR

14:00 16 Fevral 2019

"Selta"da heyətə düşməkdə çətinlik çəkən, komanda yoldaşları ilə dalaşan və baş məşqçini bezdirən Əmrə Mor bu dəfə sosial şəbəkədə gündəmə gəlib.

 

Sportarena.az xəbər verir ki, cari mövsüm nadir hallarda meydana çıxan Türkiyə millisinin üzvü başını "instagram"da qatır. 21 yaşlı vingerin gözü braziliyalı model Anjelika Perlaya düşüb. Sosial şəbəkədə modelin üç şəklini bəyənən və qarşılıq gözləyən futbolçunun istəyi baş tutmayıb.

 

Cəzibədar model Əmrənin addımına əhəmiyyət verməyib və futbolçunun könlünü qırıb. Çarəsiz qalan gənc futbolçu Anjelikanı "unfollow" edib.

 

Braziliyalı modelin sosial şəbəkə hesabında paylaşdığı fotolar minlərlə "like" alır.



Digər xəbərlər

Xəbər xətti