İspaniya çempionatı: "Atletiko" "Rayo Valyekano"nu məğlub etdi

01:08 17 Fevral 2019

İspaniya La Liqasında XXIV turun oyunları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu tur "Atletiko" klubu səfərdə "Rayo Valyekano"nun qonağı olub və minimal hesablı qələbə sayəsində 3 xal qazanıb. Yeganə qolu 74-cü dəqiqədə Qrizmann vurub. 

 

Bildirək ki, hazırda turnir cədvəlində 54 xalla "Barselona" başçılıq edir, "Atletiko" 47 xalla ikinci, "Real" isə 45 xalla üçüncüdür.


Digər xəbərlər

Xəbər xətti