"Səbail"dən ayrılan futbolçu Region Liqasında

02:29 17 Fevral 2019

Qış fasiləsindən sonra qapısında qol görmədən ardıcıl 3 qələbə qazanan Region Liqa təmsilçisi "FC Baku" növbəti transferini həyata keçirib.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Pərviz Qaraxanovu heyətinə qatıb.

 

Ötən mövsüm "Səbail"in heyətində Premyer Liqa həyəcanı yaşamış 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.


Digər xəbərlər

Xəbər xətti