“Qarşıda xal itkiləri çox olacaq” - Qurban Qurbanov

22:00 17 Fevral 2019

“Futbolçularımı təbrik edirəm. Ağır oyunda vacib qələbə qazandıq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” üzərindəki 2:1 hesablı qələbədən sonra keçirdiyi mətbuat konfransında deyib.O, “Qəbələ”nin oyununu xüsusi qeyd etmək istədiyini, bu komandada qış hazırlığından sonra yaxşı mənada dəyişiklik hiss olunduğunu bildirib və onlara da uğur arzulayıb.

 

Qurbanov sözlərinə əlavə edib ki, “Qarabağ” qarşısına hər oyun daha yaxşı çıxış etməyi və qələbə qazanmağı məqsəd qoyub:

 

“Qarşıda xal itkiləri çox olacaq. Çempionat ağır keçir. Gərginlik var idi və bir qədər hiss olunurdu”.


Digər xəbərlər

Xəbər xətti