“Real” öz meydanında məğlub oldu - FOTOLAR + VİDEO

22:42 17 Fevral 2019

İspaniya La Liqasının 24-cü turunda sensasiya qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, çempionluq mübarizəsi aparan və ölkə çempionatında son 5 matçında qalib gələn “Real” bu turda öz meydanında sürpriz şəkildə məğlub olub.Turnir cədvəlinin son pillələrində qərarlaşan “Jirona” güclü rəqibi qarşısında 2:1 hesablı sürpriz qələbə qazanıb. Matçda hesabı “Kral klubu” açsa da, “Jirona” əzmkarlıq nümayiş etdirərək 2 qol vurmağı bacarıb.

 

Bu mövsüm 7-ci məğlubiyyətini alan “Real” 45 xalda qalıb və yenidən 3-cü pilləyə enib. “Jirona” isə xalını 27-yə çatdıraraq 15-ci pilləyə yüksəlib.Hazırda “Barselona” 54 xalla, 1-ci, “Atletiko” isə 47 xalla 2-ci pillədə yer alır.

 

“Real” - “Jirona” - 1:2

Qollar: Kazemiro, 25 - Stuani, 65, Portu, 75

Qırmızı vərəqə: Ramos, 90 (“Real”)

 

 



Digər xəbərlər

Xəbər xətti