"İnter" öz meydanında sevindi - VİDEO

01:37 18 Fevral 2019

İtaliya çempionatında isə 24-cü turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, çempionluq şansını demək olar ki itirən və yalnız gümüş medallara ümid edən 3-cü pillədəki “İnter” öz meydanında “Sampdoriya” ilə qarşılaşıb. Qarşılıqlı hücumlarla keçən matçda əsas hadisələr 73-78-ci dəqiqələr aralığında baş verib. Belə ki, 5 dəqiqəyə 3 qolun vurulduğu həmin dəqiqələrdə “İnter” 2:1 hesablı üstünlük əldə edib və yekunda qələbə qazanıb.

 

Hazırda 46 xalı olan “İnter” ikinci pillədəki “Napoli”dən 7, lider “Yuventus”dan isə 20 xal geri qalır.

 

“İnter” - “Sampdoriya” - 2:1

Qollar: D'Ambrosio, 73 (1:0), Qabbiadini, 76 (1:1), Nainqolan, 78 (2:1)

 

 


Digər xəbərlər

Xəbər xətti