Namiq Ələsgərov üçün əlamətdar tur

12:02 18 Fevral 2019

Namiq Ələsgərov “Neftçi”də yubiley oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi paytaxt klubunun heyətində 50-ci dəfə çempionat matçına çıxıb. Bu, Premyer Liqanın 17-ci turunun “Zirə” ilə səfər qarşılaşmasına (0:0) təsadüf edib. 75-ci dəqiqədə meydana daxil olun futbolçu “ağ-qaralar”ın heyətindəki görüşlərdə 7 qol vurub. 2016/17 mövsümündə 11 matçda 2, 2017/18 mövsümündə 27 görüşdə 5 dəfə fərqlənən Ələsgərov cari çempionatın 12 qarşılaşmasında iştirak edib.


Namiq “Neftçi”nin tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 72-ci futbolçu olub. Bu göstəricidə rekord İqor Getmana məxsusdu. O, 182 matçda meydana çıxıb.


Xəbər xətti