Vaqif Cavadov pulunu aldı və “Keşlə”dən ayrıldı

17:29 18 Fevral 2019

“Keşlə” nəhayət, Vaqif Cavadovla bağlı problemi də yoluna qoyub. 

 

Sportarena.az xəbər verir ki, Tərlan Əhmədovun komandasında görmək istəmədiyi yarımmüdafiəçi müqavilənin pozulmasının qarşılığında təzminat tələb edirdi. 


Təzminat deyəndə, o, dekabrın maaşını istəyirdi. “Keşlə” ötən həftə futbolçularına həm ötən ildən qalan borcunu, həm də yanvarın maaşını ödəyib. Belədə Cavadovla razılıq əldə olunub-olunmadığını öyrənmək istədik. Səbuhi Məmmədovu dinləyək: “Bəli, klubumuzun futbolçulardan heç kimə borcu qalmayıb. Vaqiflə də razılıq əldə olundu. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi. Vaqif Cavadov artıq “Keşlə”nin futbolçusu deyil. Klubumuzun adından ona xidmətinə görə təşəkkür edir və gələcək karyerasında uğur arzulayırıq”.

(“Futbol plus” qəzeti)


Digər xəbərlər

Xəbər xətti