Hakim sarı vərəqə verdiyi oyunçunu meydana çağırıb, yenidən qovdu - VİDEO

12:00 19 Fevral 2019

Polşa futbol çempionatında maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, hakim futbolçuya 2-ci sarı vərəqəni göstərərək, meydandan qovub.Bu maraqlı məqamlar “Legia” və “Krakoviya” komandalarının oyunu zamanı qeydə alınıb.

 

Daha sonra VAR sisteminə baxılıb, futbolçu paltardəyişmə otağından meydana çağırılıb. Hakim sarı vərəqəni ləğv edərək, oyunçuya birbaşa qırmızı vərəqə göstərib.

 

 


Digər xəbərlər

Xəbər xətti