“Polislərdən yaxa qurtarmaq üçün onları aldatdım” - “Sumqayıt”ın fubolçusu

11:26 20 Fevral 2019

“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Əli Babayev maraqlı açıqlaması ilə diqqət çəkib.

 

Sportarena.az xəbər verir ki, İsrail mətbuatına danışan futbolçu Azərbaycan polisi ilə arasında baş vermiş hadisədən danışıb:

 

"Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və öz maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".
 

Babayev Bakıda xeyli taksi olduğunu bildirib: “Bakıda insanlardan çox taksi var. Bu xüsusi məqamdır”.


Digər xəbərlər

Xəbər xətti