Sabiq "Qarabağ"lı 1 ayda 2 klub dəyişdi

17:14 20 Fevral 2019

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo bir ayda iki klub dəyişib.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ötən ay keçdiyi Braziliyanın "İnter de Limeyra" klubunda çox qalmayıb. Belə ki, o, ölkəsinin C seriyasında çıxış edən "Yuventude" ilə anlaşıb. 

 

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb. Bu müddətdə 64 rəsmi oyuna çıxan futbolçu 14 qol vurub.


Xəbər xətti