Türkiyəli futbolçu braziliyalı modelə avtomobil bağışladı - FOTOLAR

18:00 20 Fevral 2019

İspaniyanın "Selta" klubunda çıxış edən Emre Mor sosial şəbəkədə fotolarını bəyənən modelə avtomobil hədiyyə edib.

 

Sportarena.az xəbər verir ki, türk futbolçu braziliyalı model Ancelika Perlaya "Mercedes A180” markalı avtomobil göndərib.Məlumata görə, Emrenin Perlaya hədiyyə etdiyi avtomobilin qiyməti 120 min lirədi (40 min manata yaxın).

 

Qeyd edək ki, 21 yaşlı futbolçu pərəstişkarı olduğu Ancelikanı bir neçə gün əvvəl sosial şəbəkədə izləməyə başlayıb. Amma model ona əhəmiyyət verməyib. Emre bir neçə gün sonra modelin fotolarını bəyənib və "Hələ ümidim var” mesajını göndərib. Perla isə bu dəfə cavab verib və futbolçunun fotolarını bəyənib.



Xəbər xətti