Azərbaycanlı futbolçu Çexiyada klubunu dəyişdi - FOTO

15:45 21 Fevral 2019

Azərbaycan futbolçusu Arzuman Rizvanov Çexiyada klubunu dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkin İbrahimov məlumat verib: 

 

"İstedadlı futbolçumuz Arzuman Rizvanov bundan sonra Çexiyanın yüksək liqasında mübarizə aparan "Bohemians" klubunun şərəfini qoruyacaq. "Neftçi"nin yetirməsi olan Rizvanov son 1,5 ili Çexiyanın "Banik" klubunda keçirdi. "Bohemians" ilə imzalanan peşəkar müqavilənin müddəti bu ilin sonuna kimidi. Bu klub Rizvanovun karyerasında yeni bir səhifədi, yeni bir fürsətdi. İnanıram ki, gənc yarımmüdafiəçimiz burda özünü ən yaxşı tərəfdən göstərəcək!"

 

"Bohemians" Çexiyanın ən köklü klublarından sayılır (yaranma ili 1905). Məşhur çex futbolçu Panenka da "Bohemians"ın yetirməsidi. Paytaxt Praqanı təmsil edən komandanın heyətində daha çox gənc futbolçular yer alır.



Xəbər xətti