“Real” tarixinin ən bahalı futbolçusunu satmaq niyyətindədir

11:41 22 Fevral 2019

"Real" klub tarixinin ən bahalı futbolçusu ilə yollarını ayırmaq niyyətindədir. 

 

Sportarena.az xəbər verir ki, söhbət uelsli vinqer Qaret Beyldən gedir. Bu barədə "Marca" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 29 yaşlı futbolçu Madriddə rəqabətə tab gətirə bilmir. "Real"ın hazırkı çalışdırıcısı Santyaqo Solari onun əvəzinə meydana 18 yaşlı braziliyalı vinqer Vinisius Cunioru və ya ispan Lukas Vaskesi çıxarmağa üstünlük verir. 

 

Nəşrin yazdığına görə, Beyl yay transfer pəncərəsində satışa çıxarıla bilər. 


Xəbər xətti