Messi “Barselona”dan gedir? - SON XƏBƏR

04:00 22 Fevral 2019

İspaniyadan idman aləmini silkələyən xəbər gəlib - Lionel Messi “Barselona”dan ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, onun “Barselona” ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Lakin futbolçu 2020-ci ildə anlaşmanı birtərəfli qaydada poza bilər.

 

Türkiyə mətbuatı bildirir ki, Messi uşaqlıq arzusu olan “Newell's Old Boys” klubunun formasını geyinmək istəyir. Messinin Argentinada Rosarioda 300 kvadrat metrlik ərazidə villa tikdirməsi də deyilənləri daha inadırıcı edir.

 

İddiaya görə ulduz futbolçu “Qətər-2022”yə qədər “Newell's Old Boys”da  6 ay oynayacaq və mundialdan sonra karyerasını başa vuracaq. (oxu.az)


Xəbər xətti