"Azərsun Arena" təmirə bağlandı - SON DURUM

14:00 22 Fevral 2019

Məlum olduğu kimi, "Qarabağ" mövsümün sonuna kimi ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

 

Sportarena.az xəbər verir ki, klub buna səbəb kimi "Azərsun Arena"nın ehtiyat meydançasının sıradan çıxmasını göstərib.

 

Əsas meydançanı isə yükləmək istəmirlər. Əldə etdiyimiz son məlumata görə isə, Suraxanıdakı stadion ümumiyyətlə, təmirə bağlanıb. Hazırda ehtiyat meydançada qazıntı işlərin görülür və böyük ehtimalla qazon dəyişdiriləcək. Daha sonra isə əsas meydançanın da qazonun dəyişdirilməsi gözlənilir. (rekord.az)


Digər xəbərlər

Xəbər xətti