FİFA “Çelsi”yə transfer qadağası qoydu

15:50 22 Fevral 2019

FİFA İngiltənin “Çelsi” klubuna transfer qadağası qoyub.

 

Sportarena.az xəbər verir ki, bu barədə dünya futbol qurumunun rəsmi saytı məlumat yayıb.Məlumatda bildirilir ki, London təmsilçi növbəti iki transfer pəncərəsi dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək. Cəza 2019-2020 mövsümünün sonunadək qüvvədə olacaq. 

 

Cəzaya “Çelsi”nin yetkinlik (18) yaşına çatmayan futbolçuların transferlərində qaydalara uyğun davranmaması səbəb olub. Bu üzdən London klubuna 600 min İsveçrə frankı məbləğində cərimə də kəsilib. “Zadəganlar”ın bu qanun pozuntularına göz yumduğu üçün İngiltərə Futbol Federasiyası da cəzasız qalmayıb. FİFA sözügedən federasiyaya da 510 min İsveçrə frankı cərimə kəsib.


Digər xəbərlər

Xəbər xətti