Rəşad Sadıqov dünya çempionuna ARXA-DAYAQ DURDU

17:00 22 Fevral 2019

Türkiyəli tanınmış boksçu Avni Yıldırım fevralın 24-də amerikalı Antoni Dirrellə super orta çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionluğu uğrunda döyüşə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov vacib görüş öncəsi A. Yıldırıma dəstəyini nümayiş etdirib.Şəxsi "İnstaqram" hesabında türkiyəli idmançı ilə şəklini paylaşan təcrübəli futbolçu ona uğurlar arzulayıb.

 

A. Yıldırım isə buna qarşılıq olaraq, Azərbaycan və Türkiyə bayraqlarının şəklini paylaşaraq, Rəşada təşəkkürünü bildirib.

 

Bir çox yarışın mükafatçısı olan türkiyəli boksçu karyerası ərzində keçirdiyi 22 döyüşün yalnız birində məğlub olub, 12 görüşdə isə nokautla qalib gəlib.



Digər xəbərlər

Xəbər xətti