“Milan”ın məğlubiyyətsizliyi davam edir - VİDEO

11:51 23 Fevral 2019

İtaliya A Seriyasında 25-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, turun açılış matçında “Milan” öz meydanında “Empoli” ilə qarşılaşıb.Son oyunlarda uğurlu nəticələr əldə edərək yuxarı pillələrə yüksələn “Milan”ın məğlubiyyətsizliyi bu görüşdə də davam edib. “Qırmızı-qaralar” rəqibini 3:0 hesabı ilə məğlub edərək 4-cü pillədəki mövqeyini gücləndirib.

 

Qeyd edək ki, sonuncu dəfə ötən ilin 22 dekabrında məğlub olan “Milan” 8 oyundur məğlubiyyət yaşamır. Cennaro Qattuzonun komandası bu oyunlarda 5 qələbə, 3 bərabərlik əldə edib.

 

“Milan” - “Empoli” - 3:0

Qollar: Pyatek, 49, Kessi, 51, Kastilyexo, 67

 

 


Digər xəbərlər

Xəbər xətti