Futbolçunun qol sevinci topdaşıyan uşağı qorxutdu - FOTOLAR + VİDEO

12:04 23 Fevral 2019

Səudiyyə Ərəbistanı çemponatında keçirilən “Əl İttihad” - “Əl Hilal” matçında maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, “Əl Hilal”ın hücumçusu Bafetimbi Qomis qol vurduqdan sonra ənənəvi “aslan pəncəsi” hərəkəti edib. Bu zaman meydançanın kənarında oturan topdaşıyan uşaq onun hərəkətindən qorxaraq qaçıb. 33 yaşlı futbolçu oyundan sonra həmin uşağın yanına gedərək formasını ona hədiyyə edib və uşağın könlünü alıb.

 

Qeyd edək ki, görüş “Əl Hilal”ın 2:0 hesablı qələbəsi ilə bitib.

 

 



Digər xəbərlər

Xəbər xətti