Qurban Qurbanov: "Araz Abdulllayevdən narazı idim"

19:13 23 Fevral 2019

"Yaxşı və maraqlı oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Qol epizodları olsa da, istifadə edə bilmədik. 1 xal qazandıq və 2 xal itirdik. Bu cür itkilərin olacağını əvvəlcədən demişdim".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVIII tur matçından sonra deyib.

 

47 yaşlı mütəxəssis qış fasiləsindən sonrakı 4 matçda komandasının çıxışını belə dəyərləndirib: "Oyunumuzun daha yaxşı, hər bir futbolçumuzun isə yüksək səviyyədə oynamasını istəyirəm. Fasilədən sonrakı 4 oyunda 12 xal qazanmaq istəyirdik. Razı qaldığım və qalmadığım məqamlar var".

 

Qurbanov əvəzetmə şansının hamısından istifadə etməməsinin səbəbini açıqlayıb: "Hücumu gücləndirə biləcək iki futbolçu var idi. Abdullah Zubirin zədəsi var idi. İnnosent Emeqaraya gəldikdə, qapımızda topu final fitinə 10 dəqiqə qalmış gördük. Oyun da istədiyimiz məcrada gedirdi. Bu səbəbdən də əvəzetməyə əl atmadım".

 

Baş məşqçi çempionluq yolunda əsas rəqibləri olan "Neftçi"nin oyunlarına diqqət yetirmədiyini söyləyib: "Əsas öz oyunlarımızı qələbə ilə başa vurmaq istəyirik".

 

Qurbanov Araz Abdullayevin əvəzedici heyətə göndərməsindən də danışıb: "Performansından bir qədər narazı idim. Bildiyiniz kimi, onu dünən əvəzedicilərə göndərdim.

 

Baş məşqçi qış fasiləsində "Qarabağ"dan sabaha keçən Coşqun Diniyevdən də danışıb. Qurbanov "Coşqun komandanızda olanda bugünkü kimi oynasaydı, "Qarabağ”da olardımı" sualına belə cavab verib: "Birmənalı cavab vermək olmur. Ancaq istənilən futbolçu keçmiş komandasına qarşı xüsusi motivasiya ilə hazırlaşır".


Xəbər xətti