“Barselona” “Sevilya”nı məğlub etdi - Messidən karyerasının 50-ci het-triki + VİDEO

11:00 24 Fevral 2019

İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı ev sahibləri açsa da, dörd dəqiqə sonra Lionel Messinin vurduğu qolla hesab bərabərləşib. Messi matçın 67 və 85-ci dəqiqələrində də fərqlənərək karyerasında 50-ci het-trikə imza atıb.

 

Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. Bu qələbədən sonra “Barselona”nın xalları 57-yə çatıb və turnir cədvəlində liderliyini qoruyub saxlayıb.

 

 


Digər xəbərlər

Xəbər xətti