"İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq" - "Zirə"nin baş məşqçisi

21:06 24 Fevral 2019

"Məqsədimiz odur ki, ilk hissədə nümayiş etdirdiyimiz futbolu bütün matç ərzində edək. Görüləşəcək iş çoxdur. İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, ötən tur "Neftçi" ilə qolsuz heç-heçə etdikləri görüşdən nəticə çıxarıblar: "Son pillədə olsaydıq da, hədəf avrokuboka düşmək idi. "Zirə" sonuncu yerdə olmağa layiq deyildi. Düşdüyüm mühitdən həddindən razıyam. Həm çempionat, həm də kubok vasitəsi ilə avrokuboka düşmək istəyirik. Heyətimiz də buna imkan verib".

 

S.‌Abasov "Son pillədə olmağa hansı komanda layiqdir" sualına belə cavab verib:  "Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb, nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiniz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".


Digər xəbərlər

Xəbər xətti