Türkiyə Superliqasında növbəti istefa

23:26 24 Fevral 2019

Türkiyə futbol çempionatında daha bir klub baş məşqçi ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, İzmir şəhərini Superliqada təmsil edən "Göztepe" klubu baş məşqçi Kemal Özdeş ilə müqaviləyə xitam verib.

 

Qeyd edək ki, "Göztepe" çempionatın ikinci dövriyyəsində qələbə qazana bilməyib və aşağı pillələrə yuvarlanıb.


Xəbər xətti