Azərbaycanlı cüdoçu “Böyük dəbilqə” turnirinin qalibi oldu - VİDEO

02:00 25 Fevral 2019

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirində idmançımız qızıl medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, finala qədər uğurla irəliləyən cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) həlledici döyüşdə yapon Sanşiro Muraonu məğlub edərək “Böyük dəbilqə” turnirinin qalibi olub.
 

Azərbaycan yarışda 15 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kiloqram) da komandamızın hesabına medal yazdırıb. O, turnirin bürünc mükafatını əldə edib.
 

Xatırladaq ki, “Böyük dəbilqə” turnirində 93 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparır.

 

 


Xəbər xətti