Xorvatlar Qurban Qurbanovla görüşəcək - OĞLUNUN TRANSFERİ ÜÇÜN

23:00 25 Fevral 2019

Çərşənbə axşamı Mursiya toplanışını başa vuran U-19 vətənə qayıdıb.

 
Sportarena.az
xəbər verir ki,İspaniya və Şotlandiyaya 0:2 hesabıyla uduzan təmsilçimiz yerli "Ranero” klubunun uyğun yaş üzrə komandasını 6:1 hesabıyla yenib.Millinin qalib gəldiyi görüşdə 4 top vuran Musa Qurbanlı Zaqreb "Dinamo”sunun skautlarının diqqətini çəkib. 

 

"Qarabağ”ın əvəzedici komandası ilə məşq edən Musanın oyununu bəyənən Xorvatiya klubunun təmsilçilərinin yaxın günlərdə millinin forvardıyla bağlı konkret addımlar atacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə, xorvatlar birbaşa Qurban Qurbanovla görüşəcək. Çünki “Qarabag”ın baş məşqçisi özü bunu istəyib. Oğlunun transfer işlərinə özü nəzarət etmək niyyətindədir.


Digər xəbərlər

Xəbər xətti