İstanbul derbisində tarixi geridönüş - 6 qolluq oyun + VİDEO

Sportarena.az      26 Fevral 2018, 02:11

Türkiyə Superliqasında 23-cü tura İstanbul derbisylə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, çempionluq yarışından qopmaq istəməyən “Beşiktaş”öz meydanında liqada qalmaq mübarizəsi aparan “Fənərbağça”nı qəbul edib.Komandaların turnir cədvəlində bir-birlərindən əks qütblərdə yerləşməsinə baxmayaraq görüş əsl derbi ab-havasında keçib. Matçın ilk yarısında “Qara-qartallar” Burak (2) və Gökhan Gönülün qollarıyla 3:0 önə keçib.

 

Lakin, həvəsdən düşməyən “Fənərbağça” ikinci hissədə Zayç, Sadiq və Həsən Əlinin qollarıyla matçda bərabərliyə nail olublar - 3:3.Bu nəticədən sonra “Beşiktaş” 40 xalla 3-cü pillədə yer almaqda davam edib. “Fənərbağça” isə əldə etdiyi 1 xalla “düşmə” zonasını tərk edərək 14-cü pilləyə yüksəlib.

 

“Beşiktaş” - “Fənərbağça” - 3:3

Qollar: Gökhan Gönül, 10 (1:0), 18, Burak Yılmaz (2:0), 45+2, Burak Yılmaz (3:0) // 55, Zayç (3:1), 61, Sadiq Çiftpınar (3:2), 67, Həsən Əli Qaldırım (3:3)

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin