Simeone bu hərəkətinə görə cəzalanacaq

11:32 26 Fevral 2019

UEFA “Atletiko”nun baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açıb.

 

Sportarena.az xəbər verir ki, buna  argentinalı mütəxəssisin Çempionlar Liqasının 1/8  finalında “Yuventus”la ilk matçda (2:0) etdiyi qeyri-etik hərəkət səbəb olub. Simeone rəqib qapısına vurulan ilk qolun sevincini qeyri-etik şəkildə qeyd edib.Onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir.


Xəbər xətti