AFFA "Sabah" və "Səbail"i cərimələdi

12:25 26 Fevral 2019

"Sabah"ın futbolçusu Erik Ramos 1 oyunluq cəzalandırılıb. 

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Buna səbəb paraqvaylı yarımmüdafiəçinin evdə "Qarabağ"la keçirdikləri Topaz Premyer Liqasının XVIII tur matçında ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilib. Ramos növbəti turda keçmiş komandası "Neftçi"yə qarşı forma geyinməyəcək. Klub isə 200 manat ziyana düşüb. "Sabah"a daha 800 manat cərimə elə həmin qarşılaşmada 6 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib. 

 

Eyni məbləğdə cəriməyə "Səbail" "Neftçi" ilə səfər qarşılaşmasında 6 futbolçusunun sarı vərəqə alması səbəbindən məruz qalıb. 


Digər xəbərlər

Xəbər xətti