Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi - TAM SİYAHI

12:46 26 Fevral 2019

Topaz Premyer Liqasında çıxış edən klubların ümumi dəyəri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "Transfermarkt" qış fasiləsi başa çatdıqdan sonra futbolçuların qiymətləndirməsini yeniləyib. Hazırda Premyer Liqada çıxış edən 8 klub arasında ən bahalı heyətə malik komanda "Qarabağ"dı. Ağdam klubunun ümumi dəyəri 17 milyon 150 min avrodu.

 

"Qarabağ"la çempionluq mübarizəsi aparan "Neftçi" 2-ci pilləni tutur. 6-cı yerdə qərarlaşan "Zirə" isə ilk "üçlüy"ü qapayır.8 Premyer Liqa klubunun heyətində yer alan 189 futbolçunun ümumi dəyəri 66 milyon 250 min avrodu. Bu isə hazırkı məzənnə ilə təxminən 127 milyon 922 min manat deməkdi.

 

1. Qarabağ (25 futbolçu) - 17.150.000 avro (33.114.000 manat)

2. Neftçi (24 futbolçu) - 8.930.000 avro (17.242.000 manat)

3. Zirə (25 futbolçu) - 7.250.000 avro (13.999.000 manat)

4. Qəbələ (21 futbolçu) - 7.200.000 avro (13.902.000 manat) 

5. Səbail (24 futbolçu) - 7.030.000 avro (13.574.000 manat)

6. Sabah (23 futbolçu) - 6.750.000 avro (13.033.000 manat)

7. Sumqayıt (27 futbolçu) - 6.430.000 avro (12.415.000 manat)

8. Keşlə (20 futbolçu) - 5.530 min avro (10.677.000 manat)


Digər xəbərlər

Xəbər xətti