Kamran Ağayev yeməkxananı "dağıtdı": "Sizə 20 manat verirəm…"

20:22 26 Fevral 2019

Millimizin qapıçısı Kamran Ağayev “Keşlə”də növbəti dəfə qalmaqal yaradıb.

 

Sportarena.az xəbər verir ki, o, şərəfini qoruduğu klubun yeməkxanasında aləmi bir-birinə qatıb. Ağayev “Sizə hər dəfə 20 manat verirəm. Bir də mən olan yerdə başqa şəxsləri buraxmayın” deyərək, işçilərə bozarıb.

 

Qapıçının bu hərəkətindən Zaur Axundov məlumatlandırılıb. Lakin Müşahidə Şurasının sədri kapitana nəinki təpinib, heç öyüd-nəsihət də verməyib.


Digər xəbərlər

Xəbər xətti