Xorvatiya - Azərbaycan matçının biletləri satışa çıxarılır

15:41 27 Fevral 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya - Azərbaycan matçına biletlərin satışa çıxarılacağıq vaxt açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, biletlər martın 18-dən satışa çıxarılacaq. Qiymətlər sektorlardan asılı olaraq 40-150 kun (10-40 manat) aralığında olacaq. VİP yerlərə biletlərə isə 150-250 kun (40-65 manat) aralığındadır. 

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə "Maksimir" stadionunda Bakı vaxtı ilə 23:45-də reallaşacaq.


Digər xəbərlər

Xəbər xətti