"Qarabağ"ın hücumçusunun 882 gün gözlədiyi qol

20:03 27 Fevral 2019

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunu (1:1) “Qarabağ”ın hücumçusu Reynaldo Silva üçün əlamətdar olub.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı futbolçu 882 gün sonra yenidən “Qarabağ” formasıyla Azərbaycan çempionatında fərqlənib. Silva Premyer Liqada sonuncu dəfə 2016-cı il sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.

 

Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasının “Fiorentina”yla (1:2) matçına təsadüf edib. Bu qoldan da 807 gün sonra forvard yenidən Ağdam klubunun heyətində rəqib qapısına yol tapıb.

 

Qeyd edək ki, Reynaldo qış fasiləsində Qazaxıstanın "Aktobe" klubundan "Qarabağ"a keçib.


Xəbər xətti