Keçmiş futbolçuya təhdid mesajı: "Sonun Vatan Şaşmaz kimi olacaq"

22:05 27 Fevral 2019

Sabiq türkiyəli futbolçu Emre Aşık həyat yoldaşı Yağmur Aşıkdan boşanmaq üçün məhkəməyə baş vurub.
 

Sportarena.az axsam.az-a istinadən xəbər verir ki, bir müddətdir medianın gündəmində olan ikili indi də yayılan təhdid mesajları ilə diqqət çəkib.Belə ki, Yağmur Emreyə "Sonun Vatan Şaşmaz kimi olacaq, sabah səni öldürəcəm. Sonra gəlib uşaqları oğurlayacam" sözlərini yazıb. 
 

Aşık aldığı mesajdan sonra yenidən polisə şikayət edib.


Qeyd edək ki, mərhum aparıcı Vatan Şaşmaz 2017-ci ildə keçmiş sevgilisi Filiz Aker tərəfindən otel otağında güllələnərək qətlə yetirilib.


Digər xəbərlər

Xəbər xətti