Qurban Qurbanovdan Araz Abdullayevlə bağlı YENİ QƏRAR

18:09 28 Fevral 2019

"Qarabağ”ın əvəzedici heyətinə göndərilən Araz Abdullayevlə bağlı komandanın baş məşqçisi Qurban Qurbanov yeni qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, çalışdırıcı böyük ümidlər bəslədiyi, amma xarakterindən narazı qaldığı Abdullayevə daha bir şans tanıyıb. Araz artıq əsas komandaya qaytarılıb və məşqlərini orda davam etdirir. Yarımmüdafiəçinin "Keşlə” ilə oyunda meydanda olması gözlənilir.

 

Məlumatı "Futbol+” qəzetinin sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti