I Divizion: MOİK və "Sabah" qalib gəldi, "Qarabağ" uduzdu

19:40 28 Fevral 2019

I divizionda XVII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

"Sumqayıt-2" "Qarabağ-2"yə 3:1 hesabı ilə qalib gəlib. "Sabah-2" "Keşlə-2"nin qonağı olub. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Lider MOİK isə evə "Şüvəlan"a minimal hesabla qalib gəlib.

 

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

 

 

I divizion

2018/19 mövsümü

II dövrə, XVII tur

 

28 fevral

MOİK - Şüvəlan 1:0

Qol: Raul Yaqubzadə, 1.

 

Keşlə-2 - Sabah-2 0:2

Qollar: Tural Nəsirov, 20. Reza Bigdelo, 58.

 

Qarabağ-2 - Sumqayıt-2 1:3

Qollar: Con Delarj, 44 - İbrahim Əliyev, 14; 71. Murad Xaçayev, 21.


Digər xəbərlər

Xəbər xətti