AFFA “Keşlə”dən başqa heç bir klubda yoxlama aparmır

11:20 1 Mart 2019

“Keşlə” klubunun maliyyə əməliyyatlarının yoxlanılması haqqında xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, bu məlumatdan sonra klubun Müşahidə Şurasının sədri Zaur Axundov “Qafqazinfo” ilə əlaqə saxlayaraq yoxlamaların AFFA tərəfindən aparıldığını və təkcə “Keşlə”yə aid olmadığını bildirmişdi. 

 

Lakin AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla futbolinfo.az saytına açıqlamasında bunu təkzib edib. O bildirib ki, yoxlamalar ancaq “Keşlə” klubuna aiddir və başqa heç bir klubda bu cür yoxlamalara ehtiyac yoxdur: “Yoxlama bir həftədi başlayıb. Araşdırmanın nəticələrini yəqin ki, açıqlamayacağıq.AFFA bunu daxili sirri kimi saxlamağı üstün tutur. Klubun bunda marağı olsa, özləri ictimaiyyətə məlumat verə bilər. Digər klublara gəlincə, başqa yerdə təftiş aparılmır. Ona görə ki, “Keşlə”dən başqa Premyer Liqada yalnız AFFA vasitəsi ilə maliyyələşən, bu qədər böyük maliyyə alan başqa klub yoxdu. Assosiasiyadan maddi dəstək alan divizion klublarında da belə yoxlamalara hələlik gərək duyulmayıb”.


Digər xəbərlər

Xəbər xətti