Türkiyə milli komandasının yeni baş məşqçisinin maaşı açıqlandı - Dodaquçuqladan məbləğ

18:26 1 Mart 2019

Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunmuş Şenol Güneşin alacağı maaşın miqdarı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli baş məşqçi illik 3,2 milyon avro (19,5 milyon TL) maaş alacaq.Türkiyə Futbol Federasiyası ilə 4 illik müqavilə imzalayan 66 yaşlı mütəxəssis bu müddət üçün 1 ildə əlavə gəlirlər xaric olmaqla, 12,8 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Şenol Güneş son olaraq “Beşiktaş”da işləyib. Həmin klubda illik 2,3 milyon maaş alıb.


Digər xəbərlər

Xəbər xətti