“Neftçi” “Sabah”ı məğlub etdi, “Səbail” - “Sumqayıt” matçında qolsuz heç-heçə - YENİLƏNİB

20:25 2 Mart 2019

Bu gün Topaz Premyer Liqasında XIX tura start veriləcək. 

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.Qış fasiləsindən sonra keçirdiyi 4 matçın 3-də qələbə qazanan "Səbail” ikinci yarıda qələbə üzünə həsrət qalan "Sumqayıt”ı qəbul edəcək.Günün digər matçında isə "Neftçi” "Sabah”la qarşılaşacaq.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Keşlə" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. 

 

 

Premyer Liqa

2018/19 mövsümü

III dövrə, XIX tur

 

2 mart

16.00 Səbail - Sumqayıt  0-0 

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

"Bayıl Arena”.

 

18.30 Neftçi - Sabah  3-0 

Qol.C.Sansone,9, E.Mahmudov,24, B.Dabo,79

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev.

Hakim-inspektor: Munis Abdullayev.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

"Bakcell Arena”.


Digər xəbərlər

Xəbər xətti