"Qarabağ" ukraynalı futbolçusunu satdı

13:21 2 Mart 2019

"Qarabağ” ukraynalı futbolçusu Yaroslav Dedanı Ukrayna klubuna satıb.

 

Sportarena.az xəbər verir ki, 19 yaşlı forvard "Karpati” klubuna keçib. Lvov təmsilçisi Deda ilə 3 illik müqavilə imzalayb. O, hələlik klubu gənclərdən ibarət komandada çıxış edəcək.

 

Qeyd edək ki, Deda 2017-ci ildə "Voln"dan "Qarabağ”a transfer olunmuşdu. Ağdam klubunun U-19 komandasında çıxış edən hücumçu UEFA Gənclər Liqasında 4 oyuna çıxıb və 3 qola imza atıb. O, bu qollardan ikisini "Atletiko”ya, birini isə "Çelsi”yə vurub.


Xəbər xətti