"Səbail" - "Sumqayıt" oyununda qorxulu anlar - FUTBOLÇU HUŞUNU İTİRDİ

17:13 2 Mart 2019

"Səbail"in futbolçusu Vüqar Bəybalayev hüşunu itirib.

 

Sportarena.az xəbər verir ki, hadisə "Sumqayıt"la keçirilən Premyer Liqanın XIX turunun oyununda baş verib.

 

Belə ki, qarşılaşamanın 2-ci dəqiqəsində hava mübarizəsi zamanı başından zərbə alan futbolçu hüşunu itirib. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Vüqar oyunu davam etdirə bilməyib və Ədilxan Qarəhmədov tərəfindən əvəzlənib.


Digər xəbərlər

Xəbər xətti