"Neftçi"nin sabiq futbolçusu ölkəsinə qayıtdı

18:15 2 Mart 2019

"Neftçi"nin sabiq futbolçusu İqnasio Herreranın yeni klubu bəlli olub.

 

Sportarena.az xəbər verir ki, çilili vinger karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı futbolçu elita təmsilçisi "Palestino" ilə müqavilə imzalayıb. Məlumatı klubun saytı yayıb.

 

Qeyd edək ki, Herrera 2017-18-ci illərdə "Neftçi"də çıxış edib. Onun son klubu Cəubi Koreyanın "Seul El-Land" klubu olub.


Xəbər xətti