Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izlədi - FOTOLAR

13:00 3 Mart 2019

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

 

Sportarena.az AZƏRTAC-a xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

 

Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.

 

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşdü.UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edildi.

 

Sonra xatirə şəkli çəkdirildi.Daha sonra oyun başladı.Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Qərb Ulduzları” komandasının 11:10 hesablı qələbəsi ilə başa çatdı.

 

Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşdü, xatirə şəkilləri çəkdirdi.



Digər xəbərlər

Xəbər xətti